İranın xarici işlər naziri, mənim çox yaxşı dostum və həmkarım Seyid Abbas Əraqçini bu gün İrəvanda qəbul etməkdən məmnunam. Bunu XİN başçısı Ararat Mirzoyan bildirib.
“Biz beynəlxalq platformalarda görüşmüşük, əməkdaşlıq etmişik və bu, cənab Əraqçinin nazir kimi Ermənistana ilk səfəridir”, - Mirzoyan deyib.
Nazir məmnunluqla qeyd edib ki, Ermənistanın dost İranla əlaqələri davamlı şəkildə inkişaf etməkdə davam edir və bu, Ermənistan hökumətinin regional siyasətinin prioritet istiqamətlərindən biridir.
“İranla əlaqələrin zəngin gündəliyinə həyatın demək olar ki, bütün sahələri daxildir: siyasi, iqtisadi, nəqliyyat, enerji, elm, təhsil.
Bildirməliyəm ki, biz bütün bu sahələrdə irəliləyiş əldə etmişik və əminəm ki, ikitərəfli əməkdaşlığın dərinləşməsi davamlı olacaq", - Mirzoyan əlavə edib.