Baş nazir Nikol Paşinyan Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Yunanıstan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və qardaş yunan xalqını ürəkdən təbrik edir, ölkənizə sülh və firavanlıq arzulayıram․
Yunanıstan təkcə demokratiyanın beşiyi kimi unikal rola malik deyil, həm də bu gün parlament demokratiyasının uğurlu parlaq nümunəsi olaraq qalır.
Biz Yunanıstanın Ermənistanda gedən demokratik islahatlar prosesinə, eləcə də Ermənistan-Aİ tərəfdaşlığının daha da dərinləşməsinə verdiyi dəstəyi yüksək qiymətləndiririk.
Ermənistan və Yunanıstan dostluğu iki qardaş xalqın sarsılmaz dostluğuna, qarşılıqlı hörmətinə və etimadına əsaslanır. Əminəm ki, yaxın gələcəkdə birgə proqramlar vasitəsilə iki ölkə arasında çoxsahəli əməkdaşlıq potensialından ən yaxşı şəkildə istifadə olunacaq, onu hər iki xalqın rifahı naminə strateji səviyyəyə qaldıracaqdır.
Yaxın gələcəkdə keçiriləcək görüş ərəfəsində, Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.