ER XİN-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Səfər çərçivəsində nazir Əraqçının “Danışıqların gücü” kitabının təqdimatı da nəzərdə tutulub. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Əraqçi Yerevanda baş nazir Nikol Paşinyanla da görüşəcək.
İkitərəfli münasibətlərlə bağlı müzakirələrlə yanaşı, Cənubi Qafqazda baş verən son hadisələr də gündəmdədir.