Mən bu gün iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi çərçivəsində əziz dostum və həmkarım cənab Ararat Mirzoyanın dəvəti ilə Yerevanda olmaqdan məmnunam.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Müzakirələrimiz zamanı iki ölkə arasında son bir ildəki münasibətləri müşahidə edərək, iki ölkə arasında dostluq münasibətlərinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi apardıq. Yaxın vaxtlarda iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi ilə bağlı razılıq əldə olunacaq.
Biz Cənubi Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi apardıq.
Biz beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin və istənilən geosiyasi dəyişikliyin əleyhinəyik və bu, İran İslam Respublikasının sabit mövqeyidir. Hesab edirəm ki, region daxilində bütün problemlər güc tətbiq edilmədən dialoq və diplomatiya yolu ilə həll edilməlidir", - deyə Əraqçi bildirib.