Nazir Əraqçi ilə apardığımız müzakirələrdə biz iki ölkə arasında mövcud iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğuladıq. Bu əməkdaşlıq xüsusilə son illərdə nəzərəçarpacaq uğurlara nail olub. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.
“Qeyd edə bilərik ki, 2024-cü ildə ikitərəfli ticarət dövriyyəmizin həcmi ən azı əvvəlki 5 ilin göstəricisini üstələyib və bu, mühüm nəticədir.
Bu gün biz iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması imkanlarını müzakirə etməyə davam etdik. Bu kontekstdə qeyd etmək lazımdır ki, ikitərəfli ticarət dövriyyəsi üçün mövcud imkanlar Aİİ və İran arasında azad ticarət sazişinin imzalanması ilə tamamlanıb.
Qeyd etməliyəm ki, İran Ermənistanın təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət kəsb edən iqtisadi və infrastruktur proqramlarının həyata keçirilməsində iştirak edir.
Deyə bilərik ki, İran təkcə “Sülhün kəsişməsi” layihəmizi alqışlayan ilk ölkələrdən biri deyil, həm də layihənin həyata keçirilməsində praktiki olaraq iştirak edir”, - Mirzoyan bildirib