Əgər gələcəkdə bizdə o irəliləyiş olarsa, imzalansa, ratifikasiya edilsə və doğrudan da, sabit sülhün əlamətləri olsa, təbii ki, biz Aİ müşahidəçiləri üçün yeni mandatı müzakirə edə bilərik, sərhədlə məhdudlaşmamalıyıq, mandata etimadın möhkəmləndirilməsi tədbirləri də daxildir.
Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan qeyd edib:
"Gələcəkdə, hətta ən müsbət ssenaridə belə, biz avropalı müşahidəçilərlə [əməkdaşlığı] davam etdirmək üçün düzgün modeli tapa biləcəyik", - nazir müavini bildirib.
“Yerevan Bakının Aİ missiyasının Ermənistanı tamamilə tərk etməsini tələb etməyəcəyinə əmindirmi?” sualına xarici işlər nazirinin müavini belə cavab verib: "Biz heç nəyə tam etibar edə bilmərik, amma söhbət üçüncü tərəf qüvvələrindən gedirsə, Aİ müşahidəçiləri qüvvədirmi? Bu, müşahidə missiyasıdır. Yəni məntiq belə bir tələbin olmamasını göstərir. Amma təbii ki, bunu dəqiq demək çox çətindir".