ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bazar günü bildirib ki, Amerika və Rusiya tərəfləri Səudiyyə Ərəbistanında danışıqlarda Qara dənizdə Moskva və Kiyev arasında atəşkəs müzakirə olunacaq, çünki bu, ticarətə müsbət təsir edəcək.
"İndi biz Qara dənizdə atəşkəs rejimini müzakirə edəcəyik ki, hər iki tərəf taxıl və yanacaq daşıya bilsin, həmçinin dənizdə ticarəti bərpa edə bilsin", - o, CBS telekanalına müsahibəsində deyib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofn da Fox News telekanalına müsahibəsində Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına nikbin olduğunu bildirib.
Hər iki ABŞ rəsmisi belə bir fikir bildiriblər ki, Qara dənizdə atəşkəs məsələsi həll edildikdən sonra Ukrayna nizamlanmasının digər aspektlərinin müzakirəsinə keçmək və tam atəşkəsə nail olmaq mümkün olacaq.