Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili bəyan edib ki, Ermənistan milli futbol komandası ilə oyundan sonra baş verən insident UEFA-nın sanksiyaları ilə nəticələnə bilər.
Kobiaşvili hesab edir ki, qonaq azarkeşlərə qarşı belə davranışı qəbuledilməzdir.
"Bu nalayiq davranışa görə həm qonaq azarkeşləri incitdik, həm də komandamıza qələbəni azarkeşləri ilə birlikdə qeyd etmək imkanı vermədik. Bu cür davranış həm futbola, həm də ümumilikdə ölkənin beynəlxalq nüfuzuna xələl gətirir. Qeyd olunan hadisə UEFA-nın sanksiyalarına səbəb ola, müvafiq olaraq komandamıza və onun azarkeşlərinə zərər verə bilər".
Gürcü azarkeş hərəkatı da istisna etməyib ki, bu davranışa görə Gürcüstanın Türkiyə ilə ən vacib matçı tamaşaçısız keçə biləcək.