Həmkarlarım Sargis Xandanyan və Mariya Karapetyan ilə Romada İtaliya Parlamentinin Deputatlar Palatasının Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri Alessandro Cilio Vinya ilə görüşdük. Bu barədə Parlamentin Avropaya inteqrasiya üzrə Daimi Komitəsinin sədri Arman Yeğoyan öz Facebook səhifəsində yazıb.
“Biz tərəfdaşımıza sülh prosesinin təfərrüatlarını və sülh sazişi ilə bağlı son hadisələri təqdim etdik.
İndiki mərhələdə xarici aktorlara bizim mövqelərimiz və ümumi vəziyyət haqqında tam və dəqiq məlumat vermək çox vacibdir”, - Yeğoyan yazıb.