Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh sazişini və Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını qətiyyətlə dəstəkləyir. Bölgənin potensialını ancaq əməkdaşlıqla reallaşdırmaq olar. Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili “Raisina Dialogue” konfransının “Qafqazdan baxış” panel müzakirəsində deyib.
Nazir Gürcüstanın problemlərindən də danışıb və qeyd edib ki, ərazi bütövlüyü və suverenliyi Gürcüstanın əsas problemi olaraq qalır.
“Biz bu barədə danışmaq və Cənubi Qafqazda bütün regionun təhlükəsizliyini təhdid edən münaqişələri həll etmək üçün bütün beynəlxalq formatlardan istifadə etməyə davam edirik. Eyni zamanda, biz çox aydın şəkildə bildiririk ki, münaqişənin həlli yolu müstəsna olaraq dinc yolla olmalıdır”, - Gürcüstanın xarici işlər naziri bildirib.