Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
“Mən Azərbaycan prezidenti İlham Əliyevə Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edirəm”, - baş nazir yazıb.
Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan öz Facebook səhifəsində yazıb ki, onun ER Müdafiə Nazirliyinə verdiyi göstəriş aydındır.
“Atəşkəs rejiminin heç bir pozulmasına yol verməmək. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir", - baş nazir yazıb.
Xatırladaq ki, Ermənistan Respublikasının Baş nazirinin Aparatı atəşkəs rejiminin pozulması hallarını və/yaxud onlar haqqında məlumatı araşdırmaq üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, Azərbaycanbu təklifə indiyədək cavab verməyib.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi bir daha təsdiq edir ki, Ermənistan Respublikasının Baş naziri Aparatının mövqeyinə uyğun olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mesajını əsaslandıran faktların Ermənistan Respublikasına veriləcəyi təqdirdə onları araşdırmağa hazırdır.
Hazırda Azərbaycan Respublikası Ermənistan Respublikasına ER Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı heç bir faktiki məlumat və ya əsaslandırma təqdim etməyib.