İstanbul meri və müxalif siyasətçi Əkrəm İmamoğlunun həbsi ilə bağlı xəbərlər fonunda çərşənbə günü türk lirəsi ABŞ dollarına nisbətdə 11%-dən çox ucuzlaşaraq rekord həddə düşüb.
1 dollar 41,1 lirəyə satılıb. Borsa İstanbul 100 birja indeksi də 6,9% ucuzlaşaraq səhm ticarətinin dayandırılmasına səbəb olub.
Bloomberg yazır ki, bazar günü antikorrupsiya istintaqı çərçivəsində həbs edilən İmamoğlunun Türkiyə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi irəli sürülməsi planlaşdırılırdı.