Azərbaycan Müdafiə Nazirliyinin martın 18-i saat 22:20-dən 19-u saat 1:40-a qədər Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən sərhəd zonasının şərq və cənub-şərq hissələrində yerləşən Azərbaycan mövqelərinin atəşə tutulması barədə bəyanatı reallığa uyğun gəlmir. Bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Ermənistan Respublikasının Baş nazirinin Aparatı atəşkəs rejiminin pozulması hallarını və/yaxud onlar haqqında məlumatı araşdırmaq üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, Azərbaycan bu təklifə indiyədək cavab verməyib.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi yenidən təsdiq edir ki, Ermənistan Respublikasının Baş naziri Aparatının mövqeyinə uyğun olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mesajını əsaslandıran faktların Ermənistan Respublikasına veriləcəyi təqdirdə onları araşdırmağa hazırdır.
Hazırda Azərbaycan Respublikası Ermənistan Respublikasına ER Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı heç bir faktiki məlumat və ya əsaslandırma təqdim etməyib.