İrlandiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanı sülh müqaviləsi danışıqlarında müsbət irəliləyişə görə alqışlayıb.
"İrlandiya Ermənistan və Azərbaycanın hərtərəfli sülh müqaviləsi üzrə danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır. Bu, hər iki ölkə üçün daha yaxşı gələcəyi təmin edə biləcək müsbət hadisədir", - Xarici İşlər Nazirliyinin X səhifəsində deyilir.