Türkiyəli jurnalist Barçın Yınaç Ermənistanda rəsmi şəxslərlə görüşləri zamanı əldə etdiyi məlumatları təhlil edərkən Azərbaycanın destruktiv siyasətindən danışıb.
Region Monitorun yaydığı məlumata görə, o qeyd edib ki, onun fikrincə, Ermənistanda narahatlıq var ki, Azərbaycan Ermənistan ərazisindən keçən bu “dəhlizi” hərbi yolla ələ keçirməyə cəhd edə bilər. O, Ermənistanın müdafiə siyasətini bu narahatlıqla izah edib.
“Ona görə də Ermənistan Fransa və Hindistan kimi ölkələrdən silah alır. Azərbaycan isə deyir ki, o silah alqı-satqısı müqavilələrini ləğv edin, niyə silah alırsınız? Əgər silah alırsınızsa, bu o deməkdir ki, siz sülh istəmirsiniz, bu regiona təhlükə yaradırsınız. Çox yaxşı, amma Azərbaycan da İsraildən həm kəşfiyyat məlumatları, həm də silahlar alır. Heç kim Azərbaycandan soruşmur ki, niyə İsraildən, Türkiyədən silah alırsan? İsrail kimi 50 min fələstinlinin həyatına son qoyan bir ölkənin müdafiə sənayesini dəstəkləyir. Çox güman ki, onu həyata keçirən hərbi təyyarələrin yanacağı ora göndərilir. Nə isə, Türkiyədə kiçik bir qrup İsrailin Azərbaycanı dəstəkləməsinə qarşı etiraz aksiyası keçirə bildi. Onlar da, bilirsiniz, polis qüvvələri tərəfindən həbs olundu”, - deyə Yınaç qeyd edib.
O vurğulayıb ki, Ermənistan 1991-ci ildə imzalanmış Almatı bəyannaməsini qəbul etdiyini bəyan edir. Ermənistanın Azərbaycana qarşı mövqeyi “strateji səbir” taktikasıdır. Azərbaycan hər dəfə yeni nəsə irəli sürəndə, məsələn, silah müqavilələrini ləğv edin deyəndə, Yerevan yeni təkliflə çıxış edir, məsələn, silahlara nəzarət mexanizmi və s.
“Əlbəttə, bunun nə qədər davam edəcəyini bilmirəm”, – deyə o qeyd edib.