Martın 16-dan 18-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində Ermənistan ordusu tərəfindən guya atəşkəs rejiminin pozulması ilə bağlı 6 məlumat yayıb.
“Yuxarıda qeyd olunan bütün məlumatlardan sonra Ermənistan Respublikasının Müdafiə Nazirliyi yoxlama işləri aparıb və yoxlamanın nəticələrinə əsasən, Ermənistan ordusu tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı iddiaları təkzib edib.
Bütün bu təkzib mesajlarında ER Müdafiə Nazirliyi 22 iyun 2024-cü il tarixdə Ermənistan Respublikasının Baş naziri Aparatının atəşkəs rejiminin pozulması hallarının və/və ya oxşar məlumatların araşdırılması üçün birgə Ermənistan-Azərbaycan mexanizminin yaradılması təklifini xatırladıb, Azərbaycan bu günə qədər bu təklifə müsbət cavab verməyib.
ER Müdafiə Nazirliyinin 17 mart 2025-ci il tarixli bəyanatında bildirilir ki, Ermənistan Respublikasının Müdafiə Nazirliyi Azərbaycanın məlumatlarını əsaslandıran faktları Ermənistan Respublikasına təhvil verəcəyi təqdirdə onları araşdırmağa hazırdır.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Ermənistan ordusu tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı Ermənistan Respublikasına heç bir faktiki məlumat və ya əsaslandırma təqdim etməyib.
Ermənistan Respublikası Baş nazirinin Aparatı atəşkəsin pozulması hallarının və/və ya bu kimi məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılması təklifini təsdiq edərək bildirir ki, ER Ordusunun atəşkəs rejimini pozmaq üçün heç bir səbəbi və ya əmri yoxdur.
Ermənistan Respublikası hökuməti sülh gündəmini rəhbər tutur, bunun danılmaz sübutu Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişin mətninin yekunlaşdırılması istiqamətində atılan addımlardır.
Sülh müqaviləsinin mətni üzrə razılaşma və mətnin razlaşdırılması üzrə danışıqların yekunlaşdırılması həlledici addımdır və Ermənistan Respublikası Azərbaycan Respublikasını sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa çağırır.
Biz vurğulamağı zəruri hesab edirik ki, Saziş layihəsinin razılaşdırılmış mətni Ermənistan və Azərbaycan arasında sülhün və münasibətlərin bərqərar olmasının fundamental məsələlərini əhatə edir və gələcək addımların müzakirəsi üçün mexanizmləri nəzərdə tutur.
Onu da qeyd edək ki, Ermənistan Respublikası 2025-ci ilin yanvar ayında Azərbaycanın qərb rayonlarından Ermənistan Respublikasının ərazisi ilə NMR-ə, əks istiqamətdə və üçüncü ölkələrə, Ermənistan Respublikasının şimal-qərb rayonlarından Azərbaycan ərazisindən keçməklə Ermənistan Respublikasının cənub hissəsinə, əks istiqamətdə və üçüncü ölkələrə dəmir yolu yüklərinin daşınması məsələsinin həlli təklifi, eləcə də qarşılıqlı silahlara nəzarət üçün ikitərəfli mexanizmin yaradılması təklifi yazılı şəkildə təqdim edib və Azərbaycan tərəfindən müsbət cavab gözləyir.
Eyni zamanda, bir daha təsdiq edirik ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət sərhədinin delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında Əsasnaməyə uyğun olaraq, Ermənistan Respublikası Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası üzrə işləri davam etdirməyə hazırdır”, – deyə Ermənistanın Baş nazirinin Aparatının bəyanatında qeyd edilir.