Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili “Raisina Dialogue” konfransı çərçivəsində bildirib ki, Gürcüstan həmişə Ermənistan və Azərbaycanın sülhyaratma səylərini dəstəkləyib və dəstəkləyir.
“Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün ən mühüm amillər xüsusi diqqətə layiqdir. Gürcüstan öz qonşuları olan Ermənistan və Azərbaycanın səylərini həmişə dəstəkləyib və dəstəkləyir və biz şadıq ki, onlar sülhə gedən yol tapıblar və bütün region üçün mühüm əhəmiyyət kəsb edən sülh sazişini elan ediblər", - Bojorişvili qeyd edib.
Gürcüstanın Baş naziri qeyd edib ki, Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq sayəsində bir çox mühüm layihələr həyata keçirilib.
O, həmçinin Avropa İttifaqı ilə əlaqələrə və Orta Dəhlizin perspektivlərinə toxunaraq, onun inkişafının Gürcüstan hökuməti üçün əsas prioritet olduğunu vurğulayıb.