Azərbaycan Müdafiə Nazirliyinin martın 18-də saat 08:55 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən sərhəd zonasının şərq istiqamətində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə bəyanatı reallığa uyğun gəlmir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Ermənistan Respublikasının Baş nazirinin Aparatı atəşkəs rejiminin pozulması hallarını və/yaxud onlar haqqında məlumatı araşdırmaq üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, Azərbaycan indiyədək bu təklifə cavab verməyib.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi bir daha təsdiq edir ki, Ermənistan Respublikasının Baş naziri Aparatının mövqeyinə uyğun olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mesajını əsaslandıran faktların Ermənistan Respublikasına veriləcəyi təqdirdə onları araşdırmağa hazırdır.
Hazırda Azərbaycan Respublikası Ermənistan Respublikasına ER Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı heç bir faktiki məlumat və ya əsaslandırma təqdim etməyib.