Martın 16-17-də Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrinə patrullar göndərib.
"Vəziyyət sakit və sabit olaraq qalır, qeyri-adi fəaliyyət müşahidə olunmur", - Aİ missiyasının bəyanatında deyilir.
Qeyd edək ki, martın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-şərqində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə üç dəfə dezinformasiya yayıb. ER Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatları təkzib edib.