Qırğız Respublikası Ermənistan və Azərbaycan Xarici İşlər Nazirliklərinin iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.
“Biz tərəflərin Azərbaycan və Ermənistan münasibətlərində tarixi hadisəyə çevrilməli olan sülh sazişinin imzalanması istiqamətində səylərini dəstəkləyirik.
Qırğız Respublikası Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdır və bununla əlaqədar Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir”, - Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.