Fransa Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların yekunlaşmasının bəyanatını alqışlayır. Bu barədə Respublikanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"Fransa onun imzalanmasının ən qısa zamanda baş tutacağına ümid edir. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmaqla Cənubi Qafqazın region xalqlarının rifahı naminə açıq sərhədləri olan sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”, - Nazirliyin bəyanatında deyilir.