İranın xarici işlər naziri Abbas Əraqçi yaxın vaxtlarda Ermənistana səfər edəcək. Bunu xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında 2024-cü ildə Ermənistan və İran rəsmilərinin səfərlərini təqdim edərkən bildirib.
“Bu ilin fevralında Cenevrədə mənim nazir Araqçi ilə görüşmək imkanım olub və yaxın gələcəkdə növbəti addımlar gözlənilir. Biz yaxın gələcəkdə nazir Araqçinin Ermənistana səfər edəcəyini gözləyirik”, - Mirzoyan qeyd edib.