Böyük Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Hərbi attaşe vəzifəsinə Gavin Tarbard təyin edilib.
"Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək", - məlumatda vurğulanıb.