Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp arasında geniş tərkibdə görüş başlayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlmat yayıb.
Gündəliyə ikitərəfli, regional və beynəlxalq mövzular da daxil olmaqla, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər daxildir.
Daha əvvəl Kaspar Veldkamp Ermənistana səfəri barədə yazıb.
"Mən bu gün Ermənistana səfər etməkdən və həmkarım Ararat Mirzoyan ilə görüşməkdən məmnunam. Bizim prioritetimiz ikitərəfli və Avropa əməkdaşlığımıza daha da sərmayə qoymaqdır. Mən Niderlandın Yerevandakı səfirliyini də rəsmi olaraq açacağam”, - nazir özünün X səhifəsində yazıb.