Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.
Sərəncama əsasən, Azərbaycan Milli Məclisinin sədri Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.
Sahibə Qafarova 2020-ci ildən Azərbaycan Milli Məclisinin sədridir və 2024-cü ilin sentyabrında yenidən bu vəzifəyə seçilib.