Baş nazir Nikol Paşinyan Avropa Şurasının baş katibi Alen Bersen ilə telefon danışığı aparıb.
Tərəflər Ermənistan-AŞ tərəfdaşlığı və Ermənistanda təşkilatın dəstəyi ilə həyata keçirilən islahatlarla bağlı məsələləri müzakirə ediblər.
Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və regional sabitliklə bağlı məsələlərə də toxunulub.