ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərərək yeni saziş təklif etdiyini açıqlayıb.
Trampın fikrincə, onun məqsədi İranın sürətlə inkişaf edən nüvə proqramını məhdudlaşdırmaq və onu ABŞ-ın Trampın ilk prezidentlik dövründə çıxdığı razılaşma ilə əvəz etməkdir.
"Biz İranla elə bir mübahisə içindəyik ki, çox yaxında nəsə baş verəcək. Biz buna hazır olmalıyıq. Çox, çox tezliklə. Ümid edirəm ki, biz sülh sazişi bağlaya bilərik, çünki başqa ölkənin nüvə silahına sahib olmasına icazə verə bilmərik. Mən gücdən və ya zəiflikdən danışmıram. Sadəcə olaraq deyirəm ki, mən sülh sazişini digər variantdan üstün tutacam. Lakin digəri problemi həll edəcək", - ABŞ prezidenti bildirib.
İranın BMT-dəki daimi nümayəndəliyi rəsmi Tehranın ABŞ prezidenti Donald Trampın məktubunu almadığını açıqlayıb. İran Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Tehran sanksiyalar aradan qaldırılmayana qədər ABŞ-la danışıqlar aparmayacaq.