ER müdafiə naziri Suren Papikyan Niderland Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marike Hariet Monroy-Vinteri və müdafiə attaşesi, polkovnik-leytenant Erik van Vuureni qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüş zamanı Ermənistan və Hollandiya arasında müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər, xüsusən fevralın 15-də Münhendə Niderlandın müdafiə naziri Ruben Brekelmans ilə görüş zamanı əldə olunmuş razılaşmalar çərçivəsində müzakirə edilib.
Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.