Ermənistanın Aİ-də müdafiə attaşesi olacaq. Qərar layihəsi Ermənistan hökumətinin 6 mart sessiyasına daxil edilmişdi.
Müdafiə Attaşesinin iqamətgahı Belçika Krallığında, Brüssel şəhərindədir.
Qeyd edilir ki, “qərarın qəbulu ilə Ermənistan Respublikasının Avropa İttifaqında, eləcə də Belçikada müdafiə attaşesi fəaliyyət göstərəcək, o, beynəlxalq təşkilat və onunla əməkdaşlıq çərçivəsində həm də üzv dövlətlər arasında hərbi və hərbi-siyasi əməkdaşlığın əlaqələndirilmə və koordinasiya işini həyata keçirəcək, qarşılıqlı fəaliyyət səviyyəsini gücləndirəcək, habelə əməkdaşlığın perspektiv inkişafı ilə bağlı təkliflər verəcək”.