Martın 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili ilə telefon danışığı aparıb.
Tərəflər ikitərəfli gündəlik və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan və Maka Bojorişvili iki ölkə arasında qurulmuş strateji tərəfdaşlığa uyğun olaraq, Ermənistan-Gürcüstan yüksək səviyyəli siyasi dialoqu çərçivəsində planlaşdırılan qarşıdan gələn proqramlara toxunublar.
Telefon danışığı zamanı Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində müzakirələr aparılıb.