Fevralın 27-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Brayan Mast (Respublikaçı, Florida) ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüş zamanı səfir Ermənistan-ABŞ strateji tərəfdaşlığı haqqında Xartiya və ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivlərinə toxunub.
Səfir qarşılıqlı maraqların təşviqi, Ermənistan Respublikasının demokratik inkişafı və suverenliyinin gücləndirilməsi kontekstində iki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a son səfəri və Ermənistan-Azərbaycan sülh prosesi də müzakirə olunub.