Fevralın 25-də ER Parlamentinin sədri Alen Simonyan Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nils Uşakovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə ER Parlamentindən məlumat verilib.
Onları Ermənistan parlamentində salamlayan Alen Simonyan, xüsusilə Ermənistan-Aİ münasibətlərinin inkişafı fonunda belə təmasların vacibliyini vurğulayıb.
Avropa Parlamentinin nümayəndə heyətinin üzvləri də öz növbəsində səmimi qəbula görə ER Parlamentinin sədrinə təşəkkür edərək, Ermənistanın demokratik istəklərini dəstəkləmək üçün burada olduqlarını vurğulayıblar.
Həmsöhbətlərin müzakirələrində Ermənistan-Avropa İttifaqı münasibətləri və Ermənistanda davam edən demokratik islahatlarla bağlı gündəm mövzularından əlavə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı məsələlər də müzakirələrin mərkəzində olub.