"Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibinin verdiyi məlumata görə, "Amerikanın səsi" radiosunun müxbir akkreditasiyası da ləğv edilib.