Aİ-nin Ermənistandakı missiyasının mandatı daha iki il uzadılıb. O, 2025-ci il fevralın 19-dan 2027-ci il tarixinə kimi fəaliyyət göstərəcək.
“Aİ missiyasının yeni mandatının ilk günündə biz fəxrlə təsdiq edirik ki, missiya regionda sülh və sabitliyə sadiq qalacaq və Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində patrul fəaliyyətini davam etdirəcək”, - bəyanatda deyilir.