ER Parlamentinin sədri Alen Simonyan İtaliyanın Deputatlar Palatasının prezidenti Lorenzo Fontana ilə görüşüb.
Səmimi qəbula görə minnətdarlığını bildirən Alen Simonyan ötən ilin aprelində İspaniyanın Palma şəhərində Lorenzo Fontana ilə birgə imzalanmış əməkdaşlıq protokolunun tədricən icra mərhələsinə qədəm qoyduğunu və bunun əməli təzahürlərindən birinin onun rəhbərlik etdiyi nümayəndə heyətinin Romaya hazırkı səfəri olduğunu qeyd edib.
Ermənistan Respublikası Parlamentinin sədrini İtaliyada salamlayan Lorenzo Fontana bu səfərin həm iki ölkə, həm də parlamentlər arasında tərəfdaşlıq münasibətlərini, eləcə də Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət olduğunu vurğulayıb.
O, Alen Simonyana İtaliya Senatının dünən qəbul etdiyi qətnaməni təqdim edib․
Alen Simonyan Lorenzo Fontananın diqqətini Azərbaycanda saxlanılan erməni hərbi əsirlərlə bağlı məsələyə də cəlb edib.
Görüşün sonunda ER Parlamentinin sədri italiyalı həmkarını Ermənistana dəvət edib.