“Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsi təşəbbüsləri haqqında” 1-00097 saylı qətnamə bu gün İtaliya Senatı tərəfindən yekdilliklə qəbul edilib. Ermənistanın İtaliyadakı səfirliyi qətnamə ilə bağlı təfərrüatları açıqlayıb.
“Hakim və müxalifət partiyalarının bütün fraksiyalarından olan 73 senatorun təklif etdiyi qətnaməyə əsasən, İtaliya hökuməti Ermənistan və Azərbaycan arasında sülh prosesinə yönəlmiş diplomatik fəaliyyətləri təşviq etməyi, hər iki ölkəni gələcəkdə güc tətbiq etməkdən çəkinməyə və dinc, konstruktiv və açıq diplomatik dialoqu davam etdirməyə çağırmaq öhdəliyini gücləndirməyi, etimadın möhkəmlənməsinə töhfə verməklə, iki ölkə arasında dialoqu əsaslı şəkildə dəstəkləməyiç Ermənistan və Azərbaycanla intensiv və balanslaşdırılmış iqtisadi əlaqələrə nail olmaq üçün iqtisadi təşəbbüslər qəbul etməyi öhdəsinə götürür”, - səflirlikdən məlumat verilib.