Yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək bin Fadel Əl-Mazrueh ilə görüşüb.
“Görüş zamanı biz qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarının vacibliyini vurğuladıq. Biz müxtəlif formatlarda əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək, hər iki ölkə üçün yeni imkanlar yaratmaqla bağlı razılaşmalar əldə etdik.
İclasda Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi nazirinin birinci müavini Gevorg Mantaşyan və Hərbi Sənaye Komitəsinin sədri Aram Civanyan da iştirak ediblər”, - deyə nazirin “Facebook” səhifəsində yazıb.