Yüksək texnologiyalar naziri Mxitar Hayrapetyan Əbu-Dabidə BƏƏ-də müdafiə, təhlükəsizlik və qabaqcıl texnologiyaların inkişafında ixtisaslaşan aparıcı hərbi-sənaye şirkəti olan “EDGE Group” Ticarət və Missiyaya Dəstək üzrə prezidenti Ömər Əl-Zaabi ilə görüşüb.
“Biz hərbi sənayedə qarşılıqlı maraq doğuran bir sıra məsələləri, sektorlararası əməkdaşlıq imkanlarını, eləcə də birgə proqramların həyata keçirilməsi üçün perspektivləri və zəruri addımları müzakirə etdik.
Yüksək Texonologiyaları Nazirliyi EDGE Group şirkəti ilə geniş gündəm formalaşdırıb və konkret proqramların həyata keçirilməsi mərhələsinə başlayıb.
Görüşün sonunda biz qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə hazır olduğumuzu və əməli addımlar atmaq niyyətimizi bir daha təsdiqlədik”, - nazir bildirib.