• Հայ
  • Eng
  • РУС
  • Az
Ermənistan BMT Sülh Quruculuğu Komissiyasının Təşkilat Komitəsinin üzvü seçilib Ermənistan BMT Sülh Quruculuğu... 11:12
Donald Tramp Nikol Paşinyana təşəkkür məktubu göndərib Donald Tramp Nikol Paşinyana... 14:36
Ermənistanın ilk peyki Armsat-1 öz missiyasını başa vurur Ermənistanın ilk peyki Armsat-1... 12:39
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Aİ Ermənistandakı missiyasını Cənubi Qafqazda sabitlik üçün faydalı alət hesab edir: Markus Ritter
Siyasət
10:1619 Fev, 2025

Aİ Ermənistandakı missiyasını Cənubi Qafqazda sabitlik üçün faydalı alət hesab edir: Markus Ritter

Avropa İttifaqı Şurası tərəfindən Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının mandatının uzadılması onu göstərir ki, Brüssel missiyanın işini Cənubi Qafqazda sabitliyə töhfə verməkdə faydalı alət hesab edir.

Bunu Armenpress-in müxbirinə müsahibəsində Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter missiyanın mandatının uzadılması, missiyanın gələcək fəaliyyəti, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, eləcə də Azərbaycanın Aİ missiyasına qarşı irəli sürdüyü ittihamlar barədə danışarkən deyib.

Aİ Monitorinq Missiyasının rəhbəri onu da qeyd edib ki, missiyanın Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərdiyi ilk gündən - 2023-cü ilin fevralından Ermənistan və Azərbaycan arasında sərhəd insidentləri əhəmiyyətli dərəcədə azalıb.

- Cənab Ritter, Avropa İttifaqının Monitorinq Missiyası iki ildən artıqdır ki, Ermənistanda, xüsusən də Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir. Ümumiyyətlə, missiyanın fəaliyyətini və onun Cənubi Qafqaz və Ermənistanın sabitliyi üçün əhəmiyyətini necə qiymətləndirərdiniz?

- Aydındır ki, bizim (red. - Aİ-nin Ermənistandakı Monitorinq Missiyası)2023-cü il fevralın 23-də Ermənistana gəldikdən sonra Azərbaycanla Ermənistan arasında sərhəd və nəzarət xəttində insidentlərin sayı xeyli azalıb. Əminəm ki, bu həmçinin bizim təsirimizdir, sərhəd boyu etdiyimiz patrul xidmətidir və mövcudluğumuzdur ki, insidentlərin azalmasına kömək edir. İnsidentlərin azalmasına təkcə biz deyil, həm də siyasi mühit, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar kömək edir. Əminəm ki, mövcudluğumuzla biz bu ümumi prosesi dəstəkləyirik.

- 2025-ci ilin yanvarında Avropa İttifaqı Şurası Aİ-nin Ermənistandakı missiyasının mandatının daha iki il, 2027-ci ilə qədər uzadılması barədə qərar qəbul edib. Cənab Ritter, bu qərarı necə qiymətləndirirsiniz və missiyanın mandatının uzadılmasını nə dərəcədə vacib hesab edirsiniz?

- Qərarın özü göstərir ki, Avropa İttifaqı bizə (red. Aİ-nin Ermənistandakı Monitorinq Missiyasını nəzərdə tutur) Cənubi Qafqazda sabitliyə töhfə vermək üçün faydalı alət kimi baxır. Bu da aydın olur ki, erməni tərəfi bizim qalmamızı istəyir, çünki biz Ermənistan hökumətinin dəvəti ilə buradayıq və məhz bu razılaşma və ya Avropa İttifaqı ilə Ermənistan hökuməti arasında razılaşmaya əsasən, biz daha iki il qalmalıyıq ki, bu da bizə müsbət baxıldığını göstərir.

- Azərbaycan ardıcıl olaraq Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətindən narazılığını bildirib, missiyanın Yerevanla Bakı arasında nizamlanma prosesinə töhfə vermədiyini bəyan edib və missiyanı sərhədyanı ərazilərdə kəşfiyyat işləri aparmaqda ittiham edib. Azərbaycanın bu iddialarına necə cavab verərdiniz və sizcə, Bakının bu cür bəyanatlarında məqsəd nədir?

- Dediyim kimi, hadisələrin sayı azalıb, insanlar özlərini daha təhlükəsiz hiss edirlər. Bu bir faktdır və bu bizim işimizin bir hissəsidir. Kəşfiyyat işi ilə bağlı ittihama gəlincə, bu ittiham burada olduğumuz ilk gündən var və biz indi daha əvvəl etdiyimiz işi edirik. Biz heç vaxt bunu dəyişmirik. Sərhəddə və nəzarət xəttində açıq-aşkar patrul edirik. Sərhəddə hardasa gələndə həmişə elə bir vəziyyətdə qalırıq ki, hər iki tərəf bizim orada olduğumuzu görsün. Biz sərhəddə baş verənləri izləyirik. Bu o deməkdir ki, biz təkcə Azərbaycan tərəfinin gördüyü işlərə baxmırıq, həm də erməni tərəfinin nə etdiyini izləyirik, çünki Brüssel sərhəddə vəziyyətin necə olduğunu bizdən bilmək istəyir.

Onlar istəmirlər ki, biz Azərbaycanın nə etdiyini bilək. Beləliklə, biz hər iki tərəfə baxırıq, çünki vəziyyəti Brüsselə çatdırmaq istəyirik, ona görə də biz həmişə açıq şəkildə patrul edirik. Biz heç vaxt bir yerdə gizlənmirik. Bu, əvvəldən bəri etdiyimiz və indi də etdiyimiz şeydir. Bu o deməkdir ki, Azərbaycan tərəfi üçün bizi görmək, harada olduğumuzu görmək çox asandır, çünki biz gizlənmək istəmirik. Onların burada olduğumuzu görməsi yaxşıdır. Hətta müşayiətlə getdiyimiz patrullar üçün də xüsusi nümayəndənin ofisi vasitəsilə bir həftə əvvəl Bakıya xəbər veririk. Bu o deməkdir ki, onlar hətta bizim hara getdiyimizi və hara oldğumuzu əvvəlcədən bilirlər. Bakının bunu niyə etdiyini Bakıdan soruşmaq lazımdır. Hər halda, biz hər iki tərəf üçün əlverişli deyilik, çünki biz bu münaqişə zonasına bir növ beynəlxalq perspektiv gətiririk. Bu, Ermənistan və Azərbaycan tərəfləri üçün o deməkdir ki, baş verənlər barədə bizim, beynəlxalq ictimaiyyətin və xüsusilə Brüsselin xəbəri olmadan onlar sadəcə olaraq heç nəyə başlaya bilməzlər.

-Cənab Ritter, Azərbaycan prezidenti İlham Əliyevin Aİ müşahidəçi missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxarılması tələbinə cavab olaraq Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bəyan edib ki, Yerevan Bakıya Aİ müşahidəçilərini sərhədin artıq delimitasiya olunmuş hissələrindən çıxarmağı təklif edib. Missiyanın bu məsələdə mövqeyi necədir?

-Keçən ilin sonunda baş nazir Nikol Paşinyanla görüşüm oldu və biz bunu müzakirə etdik. Söhbət bizi sərhəddən çıxarmaqdan getmir, daha doğrusu, razılaşdırılmış, delimitasiya olunmuş və dəqiq müəyyən edilmiş sərhəd bölgələrində bizim artıq birbaşa sərhədə getməyimizə ehtiyac yoxdur. Bizim üçün sərhəd zonasında olmamağımız yaxşıdır, lakin bu o demək deyil ki, biz kəndlərə, təsərrüfatlara baş çəkməyə, sərhədlər daxilində insanlarla danışmağa davam etməyəcəyik. Əgər Ermənistan hökuməti və Azərbaycan tərəfi razılaşsalar ki, biz dəqiq delimitasiya olunmuş sərhəd bölgələrində birbaşa patrul xidmətinə getməməliyik, biz bununla bağlı heç bir problem görmürük.

-Cənab Ritter, missiyanın patrul xidmətlərindən alınan operativ məlumatlara və sərhədyanı rayonlarda görülən işlərə əsaslanaraq, Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyəti necə qiymətləndirərdiniz? Təhlükəsizliklə bağlı narahat olmaq üçün səbəblər varmı?

-Patrulların gördüyü və xəbər verdiyi odur ki, sərhəddə vəziyyət kifayət qədər sakitdir. Hazırda heç bir insident yoxdur, amma bizim də gördüyümüz və xəbər verdiyimiz odur ki, hər iki tərəf öz mövqelərini gücləndirir. Beləliklə, hər iki tərəf daha pis inkişafa hazırlaşmağa davam edir, bu, göz qabağındadır. Amma biz hazırda heç bir gərginlik görmürük və bu, aylardır belədir, ona görə də regionun yaxşı yolda olduğuna kifayət qədər əminik. Biz isə həmişə deyirik: “Ən pisə hazırlaş, amma ən yaxşısına hazır ol”. Bizə elə gəlir ki, hər iki tərəf bu məsləhətə əməl edir.

-Yaxın vaxtlarda missiyanın ölçüsü və strukturunda dəyişiklik etmək planları varmı?

-Xeyr, birinci mandat dövründəki kimi ikinci mandatda da eyni problem və vəzifə olacaq. Bu, ilk növbədə sərhəddə və cəbhə xəttində patrul etmək və hesabat vermək deməkdir. İkincisi, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yerli əhalinin təhlükəsizlik hissini artırmaq üçün bizim insan təhlükəsizliyi patrul xidmətimizdir. Üçüncüsü, etimadın möhkəmlənməsinə töhfə verən addımlardır.

Biz keçən dekabr ayından etibarən oradakı uşaqlarla, şagirdlərlə söhbət etmək, onlara bizim kim olduğumuzu, Avropa İttifaqının nə olduğunu, Avropa İttifaqının nəyi təmsil etdiyini izah etmək üçün məktəblərə baş çəkirik. Biz gələcəkdə təkcə məktəblərə baş çəkmək istəmirik, həm də işimizi, Avropa ideyasını təbliğ etmək, həmçinin hər kəsə bildirmək istəyirik ki, biz casusluq, kəşfiyyat və ya başqa bir şey etmirik. Biz bu bölgənin sabitləşməsinə kömək etmək istəyən mülki silahsız missiyayıq.

- Cənab Ritter, müsahibə fürsətinə görə təşəkkür edirəm.

 

 

Baxışların sayı209
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Ermənistan NATO ilə əməkdaşlığa əhəmiyyət verir: Paşinyan 16:3918 Dek, 2025
  • Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi Ali Şurasının iclasında iştirak edəcək 16:1118 Dek, 2025
  • Baş naziri Azərbaycandan Ermənistana neft məhsullarının idxalına toxundum 14:5218 Dek, 2025
  • Alen Simonyan İsveçrə səfiri ilə Azərbaycanda saxlanılan məhbuslar məsələsini müzakirə edib 14:3818 Dek, 2025
  • Mən rusiyalı tərəfdaşlarımdan Yerasxdan Naxçıvana və Axurikdən Türkiyə sərhədinə qədər dəmir yolunu tam bərpa etmələrini xahiş etmişəm: Paşinyan 14:3018 Dek, 2025
  • TŞ katibi Böyük Britaniya baş nazirinin müşaviri ilə görüşdə regionda yaradılmış sülhün institusionallaşdırılmasının vacibliyini vurğulayıb 13:2218 Dek, 2025
  • Parlamentin sədri və NATO baş katibinin müavini regional hadisələrlə bağlı məsələləri müzakirə ediblər 12:2618 Dek, 2025
  • Armen Qriqoryan və Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər 11:4918 Dek, 2025
  • Üzümçülük və şərabçılıq sahəsində Ermənistan-ABŞ əməkdaşlığının perspektivləri müzakirə olunub 09:0418 Dek, 2025
  • Ermənistan BMT-nin baş katibindən Cənubi Qafqaz regionunda sülhün qorunması və möhkəmləndirilməsinə dəstək verməsini gözləyir 08:3518 Dek, 2025
  • Mher Qriqoryan və Aleksey Overçuk Ermənistan-Rusiya İqtisadi Əməkdaşlıq Komissiyasının 24-cü iclasının protokolunu imzaladılar 17:0217 Dek, 2025
  • NATO baş katibinin müavini Ermənistana səfər edəcək 16:0217 Dek, 2025
  • Yerevan Vaşinqton razılaşmasında Tehranın həyati maraqlarını nəzərə alıb: Ermənistanın İrandakı səfiri 15:5117 Dek, 2025
  • 2026-cı il üçün Ermənistan-Fransa Müdafiə Əməkdaşlıq proqramı imzalandı 15:2817 Dek, 2025
  • Azərbaycan və Ermənistan tərəflərinin maraqları bizim üçün vacibdir: Kobaxidze 14:3017 Dek, 2025
  • Ermənistan-İsveç parlament əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub 13:1217 Dek, 2025
  • Bişkekdə Ermənistanın Qırğızıstandakı hərbi attaşesi təqdim edilib, müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub 11:4917 Dek, 2025
  • İkitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb: Mirzoyan və Lüksemburq Deputatlar Palatasının prezidenti nələri müzakirə ediblər 10:1317 Dek, 2025
  • Gələn ilin əvvəlindən Ermənistanla normallaşma çərçivəsində bir sıra simvolik addımlar atacağıq: Ərdoğan 16:0716 Dek, 2025
  • Moskva və Kiyev diplomatik nizamlanmaya yaxındır: Ryabkov 15:2616 Dek, 2025
  • TRIPP eyni Zangezur dəhlizi deyil: Rubinyan İran tərəfinin səsləndirdiyi narahatlıqlara toxunub 13:5616 Dek, 2025
  • Hazırda müqavilənin hüquqi çərçivəsi və Ermənistanla ABŞ arasında konsorsiumun yaradılması müzakirə olunur: Xandanyan 12:5816 Dek, 2025
  • Ermənistan Respublikası və Gürcüstan Müdafiə Nazirlikləri arasında strateji kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 12:5616 Dek, 2025
  • Rusiya Gürcüstanla sabit münasibətlər axtarır: Kalugin 11:2316 Dek, 2025
  • Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londona səfər edəcək 10:0816 Dek, 2025
  • Brüsseldə Ermənistan-Aİ tərəfdaşlığının bütün əsas nailiyyətlərini müzakirə etdik։ Mirzoyan 16:3315 Dek, 2025
  • Ermənistan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir։ ER XİN 16:1415 Dek, 2025
  • Mirzoyan Aİ Xarici İşlər Nazirləri Şurası formatı çərçivəsində keçirilən görüşdə iştirak edib 16:1115 Dek, 2025
  • ER xarici işlər nazirinin müavini Ər-Riyadda “TRIPP Yolu” layihəsini təqdim etdi 15:1515 Dek, 2025
  • ABŞ və Ukrayna sülh danışıqlarının ilk günündə irəliləyiş əldə ediblər: Vitkoff 12:5415 Dek, 2025
  • Hambardzum Matevosyan Aİ komissarı Cessica Rosval ilə əməkdaşlıq və COP17-yə hazırlıq məsələlərini müzakirə edib 11:3015 Dek, 2025
  • Xİ nazirinin müavini ER-nin regionda davam edən nizamlanma proseslərinin daha da irəliləyişinə sadiqliyini bir daha təsdiqləyib 23:3914 Dek, 2025
  • Respublika Prezidenti Aşqabadda bir sıra ölkələrin prezidentləri ilə danışıqlar aparıb 11:3713 Dek, 2025
  • Ermənistan BMT Sülh Quruculuğu Komissiyasının Təşkilat Komitəsinin üzvü seçilib 11:1213 Dek, 2025
  • Vahan Kostanyan Benilüks xarici işlər nazirliklərinin siyasi direktorları ilə görüşüb 17:1812 Dek, 2025
  • Daxili işlər naziri Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə Komissarı ilə görüşüb 16:2212 Dek, 2025
  • Vahaqn Xaçaturyan Türkmənistanda Neytrallıq Memorialı Kompleksinin önünə əklil qoyub 15:3612 Dek, 2025
  • Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə beynəlxalq konfransda iştirak etdim: Paşinyan 14:2912 Dek, 2025
  • Avropa Komissiyasının sədri Trampı Avropa demokratiyasına qarışmamağa çağırıb 12:1012 Dek, 2025
  • Vahaqn Xaçaturyan İraq prezidenti ilə görüşüb: TRIP-in həyata keçirilməsinin və bütün kommunikasiya kanallarının tam fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb 10:2012 Dek, 2025
  • Səfir Narek Mkrtçyan və Dhruva Caişankar əməkdaşlıq imkanlarını müzakirə ediblər 09:2412 Dek, 2025

Bütün müəllif hüquqları qorunur.

© 2025 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015