Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çərşənbə axşamı Ər-Riyadda ABŞ nümayəndələri ilə görüşəcək.
Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Çərşənbə axşamı Ər-Riyadda onların amerikalı həmkarları ilə görüşləri gözlənilir. Görüş ilk növbədə Rusiya-Amerika münasibətlərinin bütün kompleksinin bərpasına həsr olunacaq", - Peskov bildirib.
Bu danışıqlarda xüsusilə Ukrayna münaqişəsinin həlli məsələsinə toxunulacaq.
Kreml həmçinin qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar davam edir və ekspertlər onun dinamikasını diqqətlə qeydə alırlar. Peskovun sözlərinə görə, hələ əlavə ediləcək heç nə yoxdur.