ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Birləşmiş Ştatlar Kiyevi və avropalı tərəfdaşlarını Ukraynanın nizamlanması prosesinin sonrakı mərhələlərində cəlb etməyə hazır olacaq.
“Əgər biz real danışıqlar prosesini qura bilsək, sonda elə bir məqama çatacağıq ki, Ukraynanı da cəlb etmək lazım gələcək, çünki işğal olunmuş məhz odur. Avropalılar da iştirak etməlidirlər, çünki onlar Rusiyaya qarşı sanksiyalar tətbiq edib və Ukraynanı dəstəkləyiblər”, o, CBS telekanalına müsahibəsində bildirib.
Dövlət katibinin sözlərinə görə, “onlar hələ o mərhələyə çatmayıblar”. "Ümid edirəm ki, biz ora çatacağıq, çünki hamımız bu münaqişənin bitməsini istəyirik",- deyə Rubio qeyd edib.