ABŞ dövlət katibi Marko Rubio fevralın 16-da Qüdsdəki Müqəddəs Harutyun katedralını ziyarət edib. Bu barədə Qüds Erməni Patriarxlığı məlumat yayıb.
“2025-ci il fevralın 16-sı bazar günü səhər ABŞ-ın dövlət katibi cənab Marko Rubio Müqəddəs Harutyun Katedralinə ilk rəsmi səfərini etdi", - patriarxlığın Facebook-dakı paylaşımında deyilir.
Marko Rubionun Münhen Təhlükəsizlik Konfransı və G7 xarici işlər nazirlərinin toplantısında iştirak etdikdən sonra Yaxın Şərq ölkələrinə səfər edəcəyi barədə daha əvvəl məlumat vermişdik.