Fevralın 15-də ER müdafiə naziri Suren Papikyan Litva Respublikasının milli müdafiə naziri Dovile Sakaliene ilə görüşüb. Bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli əməkdaşlığın gedişatını müzakirə edib. Qarşılıqlı fəaliyyətin yeni istiqamətləri müəyyən edilib.
Tərəflər həm ikitərəfli, həm də çoxtərəfli, NATO və Aİ formatları çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.