Fevralın 15-də ER müdafiə naziri Suren Papikyan Estoniya Respublikasının müdafiə naziri Hanno Pevkur ilə görüşüb.
Tərəflər Ermənistan-Estoniya arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Kibertəhlükəsizlik istiqamətini perspektivli hesab edərək müdafiə sektorunda əməkdaşlığa başlamaq barədə razılıq əldə olunub.