Dövlət Gəlirləri Komitəsi Avropa İttifaqının Ermənistandakı ekspert missiyasını Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planını (VLAP) hazırlamaq üçün qəbul edib.
“Misiyanın məqsədi Ermənistanın sənədlərin mühafizəsi, sərhədlərin idarə edilməsi və miqrasiya sahələrində hazırlığının ümumi vəziyyətini qiymətləndirmək, həmçinin vizanın liberallaşdırılması üzrə fəaliyyət planının hazırlanmasına töhfə verməkdir.
Aİ tərəfdaşlarına Dövlət Gəlirləri Komitəsinin gömrük inzibatçılığı sahəsində əsas strateji istiqamətləri, son illərdə həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr və inkişaf perspektivləri təqdim olunub.
Görüş zamanı sərhəd prosedurlarının təşkili ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.
Missiya çərçivəsində Aİ-nin nümayəndə heyəti gömrük orqanlarının fəaliyyəti ilə yerində tanış olmaq üçün Bagrataşen və Ayrum sərhəd-keçid məntəqələrində olub. Zvartnots hava limanına səfər də planlaşdırılır”, - məlumatda deyilir.