ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransı və G7 xarici işlər nazirlərinin iclasında iştirak etdikdən sonra Yaxın Şərq ölkələrinə səfər edəcək.
Səfərlər fevralın 15-18-də baş tutacaq.
Amerika mediası qeyd edir ki, Rubionun vəzifəyə gəldikdən sonra regiona ilk səfəri “ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planı ətrafında yaranan hay-küy fonunda” baş tutacaq.