İordaniya kralı II Abdullah ABŞ prezidenti Donald Trampla görüşündə Qəzza zolağı və İordan çayının Qərb sahilindən fələstinlilərin İordaniya və qonşu ərəb ölkələrinə köçürülməsinə yenidən qarşı çıxıb. "Bu, ərəb ölkələrinin vahid mövqeyidir", - kral vurğulayıb.
ABŞ prezidentinin Yaxın Şərqdəki vəziyyətlə bağlı planlarını şərh edən Kral II Abdullah qeyd edib ki, regionda sabitliyin təmin olunmasının yeganə yolu, onun fikrincə, “iki dövlətli həllə əsaslanan ədalətli sülhdür”.
O, onun üçün “prioritetin İordaniya, onun sabitliyi və iordaniyalıların rifahı olduğunu” vurğulayaraq əlavə edib ki, “biz ABŞ-ın, region xalqının və xüsusilə mənim xalqım olan İordaniya xalqının ən yaxşı mənafelərini nəzərə almalıyıq”.
NBC telekanalının məlumatına görə, kral Trampa Qəzzadan 2000 ağır xəstə fələstinli uşağı qəbul edə biləcəyini deyib.
Tramp daha əvvəl Qəzza zolağının əhalisini İordaniya və Misir də daxil olmaqla digər ölkələrə köçürməyi təklif etmişdi.