Baş nazirin müavini Mher Qriqoryan Amerika Birləşmiş Ştatlarının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin qəbul edib.
Görüş zamanı Ermənistan-Amerika ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlər, eləcə də iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.