Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində “Nahigian Strategies” şirkətinin prezidenti Kit Nahigyanla görüşdüyünü açıqlayıb.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan və xanımı Anna Hakobyan fevralın 3-7-də Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaqlar.
Baş nazir səfər çərçivəsində Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində, həmçinin “Milli Dua səhər yeməyi”ndə iştirak edəcək.