Fevralın 1-dən Avropa Komissiyasının tərkibində Genişlənmə və Şərq Qonşuluq Siyasəti üzrə Baş Direktorluq fəaliyyət göstərir.
Avropa İttifaqı namizəd ölkələr və Aİ-yə üzv olmaq istəyən ölkələrlə genişlənmə və üzvlük danışıqlarına cavabdeh olduğunu bəyan edib.
Direktorluğun vəzifələrinə həmçinin regional əməkdaşlıq və regional təşəbbüslər, o cümlədən namizəd ölkələrin Birliyə qoşulma prosesində mərhələli inteqrasiyası daxildir.
Baş Direktorluq həmçinin Ermənistan, Azərbaycan və Belarus kimi Şərqi Qonşuluq ölkələri də daxil olmaqla Aİ-nin tərəfdaşlarına maliyyə və texniki yardımı ilə məşğul olacaq.
Açıqlamaya görə, Baş İdarə Ukraynaya davamlı dəstək verəcək və ölkənin bərpası istiqamətində işləri davam etdirəcək.